Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib.
FHN-dən “İki sahil”ə verilən məlumata görə, mövcud hava şəraitində dənizə girmək birbaşa insan həyatı üçün ciddi təhlükə yaradır. FHN əhalini bədbəxt hadisələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Nazirliyin müraciətində deyilir: "Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"
Vətəndaşlardan xahiş olunur ki, təhlükə ilə qarşılaşdıqları və ya köməyə ehtiyac duyduqları zaman dərhal FHN-in “112” qaynar xətti ilə əlaqə saxlasınlar.
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır