19 iyul 2026 19:52
155

İstanbulda siqaretə görə 14 milyon dollardan çox cərimə tətbiq edilib

İstanbulda qapalı məkanlarda siqaret qadağasının pozulmasına görə, son 5 ildə müəssisələrə 694 milyon 666 min 994 lirə (14 milyon 740 min dollar) inzibati pul cəriməsi tətbiq edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

"2022-2026-cı illər ərzində şəhərdəki 681 müəssisəyə müvəqqəti cəriməsi tətbiq edilib", - məlumatda bildirilib.

Xatırladaq ki, Türkiyədə 2008-ci ildə ictimaiyyətə açıq bütün qapalı məkanlarda tütün məmulatlarının istifadəsi qadağan edilib.

Müvafiq qanunun əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, 19 iyul 2009-cu il tarixindən etibarən özəl hüquq şəxslərinə məxsus olan restoranlarda da tütün məmulatlarının istifadəsi qadağan olunub. Bu çərçivədə, yaşayış üçün nəzərdə tutulmuş evlər istisna olmaqla, bütün qapalı məkanlarda siqaret qadağası tətbiq olunub.

Qadağanın tətbiq edilməsində əsas məqsəd isə siqaret çəkmədiyi halda başqalarının çəkdiyi siqaretin tüstüsündən zərər görən şəxslərin qorunması olub.