Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kəlbəcər rayonunda aqrar sahədə həyata keçirilən fəaliyyətlə və tikinti işlərinin gedişi ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, səfər çərçivəsində arıçılıq və heyvandarlıq təsərrüfatlarına baxış olub, həmçinin Zar kəndində tikintisi davam edən fərdi yaşayış evlərində görülən işlər nəzərdən keçirilib. Görüş zamanı aqrar sahənin inkişafına dair yeni Dövlət Proqramının ölkəmizdə, o cümlədən Kəlbəcərdə kənd təsərrüfatının bərpası və inkişafına verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb