Respublikada taxıl biçini yekun mərhələyə keçib.
“İki sahil” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 21-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 86 faizində biçin başa çatıb.
Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 365 154 hektar buğda, 462 471 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 371 200 ton buğda, 1 506 703 ton arpa yığılıb. Buğda sahələrinin 79,4 faizində, arpa sahələrinin isə 92,1 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 37,6 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir.
Artıq 17 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Naftalan, Göyçay, Tərtər, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, respublikanın 16 rayonunda - Ağsu, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Goranboy, İmişli, Qazax, Qəbələ, Zərdab, Saatlı, Samux, Siyəzən, Şəki rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb