23 iyul 2026 17:34
94

Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarını ödəməyi planlaşdırır.

“İki sahil” bu barədə Fonda istinadla xəbər verir.

"Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq", - deyə qurum bəyan edib.