Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə baş verən yanğın səbəbindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
***
Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.