1955-ci ildə İngiltərənin Dartofot şəhərində çox danışmaq üzrə maraqlı bir yarış təşkil olunub. Şixin adlı bir irlandiyalı bu yarışda birincilik qazanıb. O, dayanmadan 133 saat danışmağı bacarıb. Daha sonra, yəni 1977-ci ildə isveçli Bern Brant isə bir saniyə susmadan, fasiləsiz 11 gün7 saat 3 dəqiqə danışmaqla adını tarixə yazıb. İndiyə kilmi bu iki “dil ustasına” çatan olmayıb.
Yumurtanın insan orqanizminə xeyri
Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. Çünki yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, “yaxşı xolesterin” (HDL) səviyyəsini tarazlayır və damar tutulması riskini aradan qaldırır.
Yemək vaxtı süfrəsində yumurta olanların ürək tutması və insult ehtimalı da daha aşağı olur. Həmçinin bu qidada olan A, B12, D, E vitaminləri, omeqa-3, lutein və zeaksantin göz sağlamlığı üçün faydalıdır. Uzunmüddətli yumurtanın istifadəsi katarakta və sarı ləkə xəstəliyi riskini azalda bilir. Eləcə məlum olub ki, yumurtadakı kolin maddəsi beyin hüceyrələrinin qorunmasına kömək edir, insult riskini azaldır. Tərkibindəki sink və kükürd isə əzələ gücünü artırır, saç və dırnağı sağlam saxlayır.
Ən dəqiq saat
Bizə vaxtı göstərən bu cihaz Kaliforniya alimləri tərəfində yaradılıb. Məlumat üçün bildirim ki, müəyyən dövrə qədər planetin ən dəqiq vaxt ölçən mexanizmi 375000 ildə bir saniyə səhvə yol verən saat sayılırdı. İndi kaliforniyalılar daha dəqiq işləyən saat düzəldiblər. O, 13 milyon ildə bircə saniyə özünü “unudur”. Bu saatlardan əsasən kosmik gəmilərin və səma cisimlərinin vəziyyətini təyin etməkdə istifadə olunur.
Yadplanetlilərin yerə gəlişi...
Yaponiyalı alimlər bildirirlər ki, hələlik yadplanetlilərin yerə gəlişi ilə bağlı real dəlillər aşkar olunmayıb. Professor Xitosi Yamaokanın sözlərinə görə, demək olar ki, onun bütün həmkarları Yerdən kənarda həyat olduğuna inanırlar. Lakin onlar yadplanetlilərin görünməsini hələlik cəfəng uydurma sayırlar.
Yaponiya alimi onu da bildirir ki, Yerdən kənarda mümkün məskunlaşma Proksima “b” planetində ola bilər. Bu planet isə yerdən 4, 3 işıq ili məsafədə yerləşir. Məsələyə daha dəqiq aydınlıq gətirmək üçün Yaponiyada Astrobioloji Mərkəz adlanan institut vardır, oranın mütəxəssisləri də Günəş sistemindən kənarda həyat axtarışı ilə məşğuldurlar.
Misirdə 3600 illik tarixə malik mumiya...
İspaniya arxeoloqları Misirin cənubunda yerləşən Luksor şəhərində qazıntılar zamanı 3600 yaşı olan mumiya aşkar ediblər. Bu tapıntı e. ə 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti dövründə hazırlanıb. Sarkofaqda tapılmış həmin mumiya yüksək vəzifəli məmura məxsusdur, çünki orada olan yazılardan bu aydın bilinir.
Kiçilərə təhlükəli, qadınlara etibarlı...
Yapon alimləri sübut ediblər ki, hər 35 ildən bir yerə tökülən meteorit yağışı kişilər arasında ən dəhşətli epidemiya –impotensiya yaradır. Atmosferin ozan qatını yararaq planetin maqnit sahəsində istənilən dəyişiklər yaratmaqla insanların sağlamlığında özünü göstərir. Kişi orqanizminin elektromaqnit sistemi ətraf mühitin təsirlərinə qarşı daha az dözümlü olduğuna görə, ilk növbədə güclü cini əziyyət çəkir. Genetik informasiyanın daşıyıcısı və qoruyucusu olan qadınlar isə təbiət tərəfindən daha yaxşı, etibarlı müdafiə olunurlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü