Bu ilin iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 31 milyard 217 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i müqayisədə 3,8 %, ilin əvvəlinə nisbətən 20,8 %, 2025-ci ilin iyulun 1-i ilə müqayisədə isə 19,5 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 707,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,4 % çox, ilin əvvəlinə nisbətən 9,6 % az, ötən il iyulun 1-i ilə ilə müqayisədə isə 2,9 % azdır.
Azərbaycanda ümumi aktivləri 60 milyard 940,4 milyon manat olan 21 bank fəaliyyət göstərir.
Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun növbəti hissəsi tikilir
Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib