80 yaşlı solçu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva bazar günü oktyabrda keçiriləcək prezident seçkilərində yenidən seçilmək uğrunda kampaniyasına başlayır.
“İki sahil” xəbər verir ki, 2023-cü ildə iki prezidentlik müddətindən (2003–2010) sonra yenidən hakimiyyətə qayıdan Lula Latın Amerikasının ən böyük iqtisadiyyatının mərkəzi olan San-Pauluda keçiriləcək Fəhlə Partiyasının qurultayında rəsmi şəkildə prezidentliyə namizəd elan ediləcək.
Uzun siyasi karyerası ərzində yeddinci dəfə prezidentliyə namizəd olan keçmiş fəhlə və həmkarlar ittifaqı lideri dördüncü prezidentlik müddəti uğrunda mübarizədə Flavio Bolsonaro ilə qarşılaşacaq.
45 yaşlı senator Flavio Bolsonaro 2019–2022-ci illərdə ölkəyə rəhbərlik etmiş ifrat sağçı sabiq prezident Jair Bolsonaronun oğludur. Jair Bolsonaro 2022-ci il seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyətdə qalmağa cəhd göstərdiyinə və dövlət çevrilişinə cəhd ittihamı ilə hazırda həbsdədir.
Seçki kampaniyası artıq ABŞ Prezidenti Donald Trampın təsiri altında keçir. Bolsonaro ailəsinin müttəfiqi olan Tramp son vaxtlar Latın Amerikasında seçkilərdə qalib gələn bir sıra sağçı namizədləri dəstəkləyib.
“Braziliyada heç kimin dəvət olunmadığı yerə müdaxilə etməsinə icazə vermirik”, – deyə Lula xəbərdarlıq edib.
Kanadada bort bələdçiləri əməkhaqqına görə tətil edir, yüzlərlə reys ləğv olunub
Macarıstanda iki nəfərin ölümündən sonra musiqi festivalı vaxtından əvvəl dayandırılıb
İndoneziyada bərədə baş verən yanğında beş nəfər ölüb, onlarla insan itkin düşüb