Türkiyədə iyunun 1-dən bəri 16 vilayətdə baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəli müəyyən edilib, onlardan 6-sı həbs olunub.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Nazirin sözlərinə görə, daha 9 nəfər barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib, 6 şübhəli isə saxlanılıb və onlarla bağlı prosessual hərəkətlər davam etdirilir.
A.Gürlek bildirib ki, meşə yanğınları ilə bağlı istintaq işləri Türkiyə Ədliyyə Nazirliyinin Təbii Fəlakətlər və Qəzalar İdarəsinin nəzarəti altında aparılır: "Respublika prokurorluqları aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə yanğınların başvermə səbəblərini və məsul şəxsləri müəyyən etmək üçün bütün sübutları araşdırır".
A.Gürlek vurğulayıb ki, meşə yanğınlarının qəsdən törədilməsi, eləcə də ehtiyatsızlıq və ya səhlənkarlıq nəticəsində baş verməsi hallarında məsul şəxslər qanun qarşısında cavab verəcəklər və bu cür cinayətlərin açılmamış qalmasına imkan verilməyəcək.
Kanadada bort bələdçiləri əməkhaqqına görə tətil edir, yüzlərlə reys ləğv olunub
Macarıstanda iki nəfərin ölümündən sonra musiqi festivalı vaxtından əvvəl dayandırılıb
İndoneziyada bərədə baş verən yanğında beş nəfər ölüb, onlarla insan itkin düşüb