AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi və sabiq parlament üzvü Şoci Namba, eləcə də Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.
Nümayəndə heyətinə “Azərpoçt”un fəaliyyəti, poçt və logistika xidmətləri, rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, elektron ticarətin inkişafı və beynəlxalq əməkdaşlıq layihələri barədə məlumat verilib. Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.
Sonda qonaqlar Mərkəzi Poçt Şöbəsində yaradılmış xidmət infrastrukturu ilə tanış olublar. Onlara poçt xidmətlərinin təşkili, poçt göndərişlərinin qəbulu, emalı, daşınması və çatdırılması prosesləri barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub