05 avqust 2026 14:54
98

Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək DİQQƏT

20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı (10 oğlan, 4 qız) ilə təmsil olunacaq. 

Kollektivə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək. 

Dünya çempionatında 61 ölkədən 459 idmançı (242 oğlan, 217 qız) mübarizə aparacaq. 

Qızlar 

-40 kq
Sunay Salamova 
Zəhra Quliyeva 

-44 kq
Pərvin Sevxanlı 

-48 kq 
Könül Eyvazlı 

Oğlanlar 

-50 kq
Fərid Rzazadə

-55 kq
Fərid Xudiyev 
İbrahim Talıbov 

-66 kq 
İlkin Qarayev 

-73 kq
Yusuf Nəzər
Sadiq Məmmədov

-81 kq
Ayxan Həsənli 
Yaqub Məmmədov 

-90 kq
Ömər Axundov
Nurəddin Əliyev