Bu gün Türkiyə "Fənərbaxça"sı Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda evdə Avstriya klubu "Şturm"la üz-üzə gəlib. Matçda "Fənərbaxça" 2 cavabsız qolla qələbə qazanıb.
Hesabı 10-cu dəqiqədə Taliska açıb. 45-ci dəqiqədə isə Meyson Qrinvud fərqlənib.
Bu komandalar arasında cavab görüşü avqustun 11-də "Merkur Arena"da keçiriləcək.