Bu gün saat 21:00-da hərəkətə başlamalı olan Tbilisi-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, buna səbəb Tbilisi Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub.
"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tbilisi qatarı Tbilisi Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı", - məlumatda qeyd olunub.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb