08 avqust 2026 18:55
108

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. Kənd təsərrüfatının mühüm sahələrindən olan taxılçılıq isə əhalinin çörək və çörək məhsullarına tələbatının ödənilməsində, eləcə də heyvandarlığın yem təminatında xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan taxılçılığın inkişafı dövlətin daim diqqət mərkəzindədir.

2026-cı ilin məhsulu üçün Qazax rayonunda 11 min 732,8 hektar sahədə payızlıq və yazlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 6950 hektarını arpa, 4782,8 hektarını isə buğda təşkil edib.

Rayonda taxıl biçini artıq başa çatıb. Ümumilikdə 11 min 732,8 hektar taxıl sahəsindən 39 min 214,5 ton məhsul əldə olunub. Orta məhsuldarlıq 33,4 sentner təşkil edib.

Buğda üzrə 4782,8 hektar sahədə biçin aparılıb və 16 min 835,5 ton məhsul toplanıb. Orta məhsuldarlıq 35,2 sentner olub.

Arpa sahələrində isə 6950 hektar ərazidən 22 min 379 ton məhsul götürülüb. Bu sahədə orta məhsuldarlıq 32,2 sentner təşkil edib.

AZƏRTAC