10 avqust 2026 12:36
100

Messi bəzi media orqanlarını məhkəməyə vermək niyyətindədir

"İnter Miami"nin argentinalı hücumçusu Lionel Messi atasının dəfn mərasimi zamanı şəxsi həyatın toxunulmazlığı hüququnu pozan jurnalistləri məhkəməyə verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto "X" sosial şəbəkəsində bildirib.

Avqustun 8-də Xorxe Messi uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Növbəti gün Argentinanın Rosario şəhərində dəfn mərasimi keçirilib. Vida mərasimi qapalı rejimdə baş tutub və orada yalnız ailə üzvləri və yaxınları iştirak ediblər.

"Lionel Messi Xorxe Messi ilə vidalaşma zamanı ailənin məxfiliyini pozan Argentina KİV-lərinə qarşı hüquqi tədbirlər görəcəyini təsdiqləyib", - deyə Kasaretto xəbər verib.