Müxalif "Güclü Ermənistan" fraksiyasının namizədi, partiya rəhbəri və sahibkar Samvel Karapetyanın keçmiş vəkili Arman Vardevanyan parlamentin vitse-spikeri seçilib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin hesablama komissiyasının sədri Lilit Minasyan məlumat verib.
"105 deputatdan səsvermədə 53 nəfər iştirak edib. Qutuda 53 bülleten olub, etibarsız sayılan bülleten olmayıb. Səslər növbəti şəkildə paylanıb: lehinə 53, əleyhinə 0", — deyə o bildirib.
Buna qədər hakim "Mülki Müqavilə" fraksiyasını təmsil edən Hayk Koncoryan və Vaaqn Aleksanyan parlamentin vitse-spikerləri seçilmişdilər.
Türkiyə gəmiçilik şirkətlərinə Qara dənizdəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ EDİB