Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ilə münasibətlərə dair fikir və gözləntilərini açıqlayıb.
“İki sahil” xəbər verir ki, o bunu Avstriyanın Baş naziri Kristian Ştokerlə mətbuata birgə bəyanatlar zamanı deyib.
"Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılması dialoqu başda olmaqla, Aİ-nin atacağı addımların hamımızın maraqlarına uyğun olduğunu vurğuladım", – Ərdoğan bildirib.
O, regional və qlobal məsələlərə də toxunub.
Ərdoğan Suriyanın ərazi bütövlüyünün və birliyinin təmin edilməsinin Türkiyənin prioritet hədəflərindən biri olaraq qaldığını vurğulayıb.
"Avstriyanın Suriyanın yenidən qurulması prosesinə töhfə verməsini vacib hesab edirik", – Türkiyə Prezidenti əlavə edib.
Avstriyanın Baş naziri də çıxışında Türkiyə ilə əlaqələrə əhəmiyyət verildiyini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib