Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində bir sıra şəhərlərdə binaların dağıldığı, insanların öldüyü və xəsarət aldığı bildirilir.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, ölkənin Geologiya Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 07:34-də (Qrinviç vaxtı ilə 12:34) ölkənin Çoko vilayətində 103 kilometr dərinlikdə baş verib.
Məlumata görə, hadisə zamanı 20-dən çox insan ölüb, yaralılar var.
Zəlzələ episentrdən yüzlərlə kilometr şərqdə yerləşən paytaxt Boqotada da hiss olunub və burada bir neçə binanın sakinləri təxliyə ediliblər.
Kali şəhərinin meri azı 20 binaya zərər dəydiyini diqqətə çatdırıb.
Ölkənin aviasiya qurumu Pereyra, Manizales, Kibdo, Armenia, Kartaqo və Buenaventura şəhərlərindəki hava limanları da daxil olmaqla, bir sıra regional hava limanlarında zərərin qeydə alındığını açıqlayıb.
Reyn çayında suyun səviyyəsi kritik həddə enə bilər – Gəmiçilik təhlükə qarşısında