Gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün münasib marşrutun müəyyən edilməsi ilə bağlı İran və Oman arasında danışıqlar davam edir.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı zamanı deyib.
Bu telefon zəngində tərəflər ikitərəfli əlaqələr və regiondakı proseslər barədə məsləhətləşmələr aparıblar.
İshaq dar Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin üçtərəfli müdafiə sazişinə dair İslamabadın mövqeyini də izah edib.
Xatırladaq ki, 7–9 avqust tarixlərində Hörmüz boğazının İran marşrutundan təxminən 116 gəminin keçdiyi barədə ISNA-da məlumat yayılıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın dəniz blokadasının bərpa edilməsindən sonra 55 gəminin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
Reyn çayında suyun səviyyəsi kritik həddə enə bilər – Gəmiçilik təhlükə qarşısında