10 avqust 2026 23:39
92

Polşa parlamentinin spikeri Ukraynanın Aİ-yə daxil olması üçün şərti açıqlayıb

Polşa Seyminin spikeri Vlodzimej Çajastı ölkəsinin Ukrayna ilə münasibətlərinin pisləşdiyini qeyd edib.

“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, Çajastı bu barədə Polşanın Şavnitsa şəhərində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla rəsmi görüşü zamanı bildirib.

Bu kontekstdə Çajastı həm polyaklar, həm də ukraynalılar tərəfindən hər cür qeyri-münasib rəftar formalarını pisləyib.

Polşa parlamentinin spikeri çıxışında həmçinin Ukrayna tərəfindən Volında polyaklarının soyqırımının tanınmasını Aİ-yə daxil olmaq üçün şərt adlandırıb.

"Ukraynanın Aİ-yə daxil olması ukraynalılardan öz tarixinin bütün aspektlərini yenidən dərk etmələrini tələb edəcək. Çünki Aİ demokratiyadır, dəyərlərdir... Bu həm də soyqırımını soyqırımı adlandırmaq deməkdir. Bu, tarixdir. Heç bir xalq tarixdən qaça bilməz", - o bildirib.