Azərbaycan Ağırlıqqaldırma Federasiyasının təlim-məşq bazasında federasiyanın növbəti "Antidopinq maarifləndirmə" seminarı keçirilib.
AAF-ın Baş həkimi Hüsniyyə Kərimovanın keçdiyi təlimdə yığma komandanın məşqçilər heyəti və idmançılar iştirak ediblər.
Seminar zamanı, antidopinq sahəsində tətbiq olunan qaydalar, idmançıların hüquqları, nümunələrin götürülməsi və s. məsələlərlə bağlı iştirakçılara geniş məlumat verilib.
Daha sonra təlimçi tərəfindən məşqçi və idmançıların sualları cavablandırılıb.
“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb