04 yanvar 2017 17:05
433

"Titanik"-in batmasının əsl səbəbi

105 ildən sonra ortaya çıxan sirr...

"Titanik"in batmasına səbəb aysberq yox, gəminin kömür anbarında çıxan böyük bir yanğın olub.

ATV.az Türkiyə medisına istinadən bildirir ki, bu iddianı mövzuyla əlaqədar araşdırmalar aparan jurnalist Sənan Moloni üzə çıxarıb.

O, "Titanik" batmazadan əvvəl elektrik mühəndisləri tərəfindən çəkilən gəminin görüntüləri ilə, dağıntıdan sonrakı görüntüləri müqayisə edib. O iddia edir ki, gəminin buzdağına dəyən ön sağ hissəsində yerləşən kömür anbarında 3 həftə boyunca davam edən yanğın olub. Və bu yanğın gəminin buzdağına dəyən sağ ön hissəsini zəiflədib. Gəminin məhz həmin hissəsinin buzdağına çırpılması batmasına səbəb olub.

Maraqlısı da budur ki, faktlar həmin yanğını təsdiq edir. Belə ki, Titanik səfərə çıxandan qısa bir müddət sonra kömür anbarında yanğın baş verib. "Titanik"i hazırlayan şirkətin rəhbəri Cozef Bruce hadisənin üzə çıxamması üçün yanğını söndürən 12 nəfərlik qrupu tənbeh edib.

Moloni apardığı araşdırmadan sonra belə bir açıqlama verib:

"Titanik"in batması həmişə bir qəza kimi təqdim edilir. Bu hekayə nəhəng bir gəminin aysberqə dəyməsindən ibarət deyil. Bir çox səbəbdən böyük bir faciə yaşandı. Yanğın, buz və məsuliyyətsizlik".

İddialardan belə bir qənaətə gəmək olar ki, "Titanik"də yanğın baş verməsəydi, buzdağına dəyməsi onun sonu olmayacaqdı.  

Qeyd edək ki, 1500 dən çox insanın ölümünə səbəb olan 270 metr uzunluğu, 100 metr hündürlüyü olan "Titanik" gəmisi 1915-ci il, aprel ayının 14-də ilk səfəri zamanı Atlantik okeanında batıb.