Azərbaycan–Özbəkistan münasibətlərinin dövlət başçılarımızın siyasi iradəsi sayəsində intensiv inkişafı iqtisadi əlaqələrimizin daha da şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın gücləndirilməsinə mühüm stimul verir.
“İki sahil” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
“Özbəkistanla Azərbaycan arasında uğurla yekunlaşan 4-cü Regionlararası Forum çərçivəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalanıb. Enerji, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələrdə əməkdaşlığı əhatə edən sənədlər biznes assosiasiyaları arasında əlaqələrin daha da möhkəmləndirilməsini, özəl sektorun potensialının tam reallaşdırılmasını və birgə layihələrin həyata keçirilməsini təmin edəcək", - deyə nazir qeyd edib.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq