05 yanvar 2017 22:18
646

Selfilərlə bağlı maraqlı faktlar

Dünyada ən məşhur söz hansıdır? İngilislərin fikrincə, bu, “selfi” sözüdür. Kim maraqlanırsa, bu haqda Oksford lüğətində oxuya bilər.

Bazarda ön kameralı, geniş bucaqlı obyektivə malik müxtəlif telefonlar, planşetlər və qurğular vardır ki, onlarla keyfiyyətli selfilər etmək artıq tendensiya halını alıb.

Selfi ilə bağlı maraqlı faktları aşağıda təqdim edirik:

Statistikaya görə, bütün dünyada bir dəqiqə ərzində 2,5 milyon selfi edilir.

Alimlər hazırda “selfimaniya” adlı xəstəliyin mövcud olub-olmadığını araşdırırlar.

Hesablamalara görə, böyüklərin təxminən 50 %-i ömründə bir dəfə də olsa selfi edib, gənclərin isə 40 %-i müntəzəm şəkildə (azı həftədə bir dəfə) selfi edir.

Selfi mövzusunda qadınlar kişiləri qabaqlayır, yəni qadınlar selfi etməyə daha həvəskardırlar. Sosial şəbəkələrdə də selfilər paylaşılan digər şəkillərlə müqayisədə məşhurdur.

İlk dəfə selfi kəlməsi 2002-ci ildə Avstraliyanın “ABC Online”  internet portalında işlədilib.

Selfinin yaranma tarixi ilə bağlı müxtəlif versiyalar var. Deyilənə görə, Robert Kornelius adlı şəxs ilk dəfə 1839-cu ildə fotokameranı güzgüyə düzgün tutaraq, uğurlu bir selfi çəkmişdi.

2014-cü ilin ən məşhur selfisi Eyfel qülləsinin fonunda çəkilən selfilər olub. “Time” jurnalının araşdırmasına görə 2014-cü ildə ən çox selfi məhz həmin məkanda edilib.

Fotoqrafların fikrincə, selfi artıq foto incəsənətin bir növünə çevrilib. Artıq tez-tez selfi festivalları, müsabiqələr və sərgilər keçirilir.