Milli Məclisin deputatları Günay Əfəndiyeva və Hikmət Babaoğlu Qazaxıstanda parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləyiblər.
“İki sahil” xəbər verir ki, Günay Əfəndiyeva Astana, Hikmət Babaoğlu isə Almatıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin tərkibində beynəlxalq müşahidəçi qismində Azərbaycanı təmsil ediblər.
Səfər zamanı müşahidəçilər Astana və Almatı şəhərlərində müxtəlif seçki məntəqələrində səsvermənin təşkili, seçki prosesinin gedişi və seçicilər üçün yaradılmış şəraitlə tanış olublar.
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb