24 avqust 2026 20:14
101

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Azərbaycan və Özbəkistan arasında sənədlərin imzalanması mühüm layihələrin icrasına başlanılması baxımından əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Özbəkistan 24” telekanalına müsahibəsində səsləndirib.

Müsahibəsində Mikayıl Cabbarov Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması ilə bağlı sənədin imzalanmasının tərəfdaşlığın inkişafında əhəmiyyətini qeyd edib.

Nazir Mikayıl Cabbarov, həmçinin Özbəkistan–Azərbaycan Regionlararası Forumunun uğurla başa çatdığını bildirib. Qeyd olunub ki, forum çərçivəsində bir sıra sənədlərin imzalanması iki ölkə arasında mühüm layihələrin icrasına başlanılması, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Mikayıl Cabbarov SOCAR-ın və “AzerGold”un Özbəkistandakı fəaliyyəti ilə bağlı layihələrin önəmini qeyd edib.

Nazir Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi qardaş dəstəyini, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəbin inşasını xüsusi vurğulayıb.

Qeyd edilib ki, qarşıda bizi çox böyük işlər gözləyir. Dövlət başçıları tərəfindən verilmiş tapşırıqların həyata keçirilməsi üçün bundan sonra da birlikdə fəal şəkildə iş aparılacaq.