24 avqust 2026 23:39
107

Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var

Beyləqanda minik və yük avtomobilləri toqquşub.

Hadisə Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, MAN markalı yük və "Hyundai" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "Hyundai"ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Report"