25 avqust 2026 13:50
182

“Azəriqaz”ın baş direktoru Qaxda vətəndaşların müraciətlərini dinləyəcək

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü avqustun 28-də saat 11:00-da Qax Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov küçəsi, 7) keçiriləcək.

“İki sahil” xəbər verir ki,  “Azəriqaz”dan bildirilib ki, görüşdə Qax və Şəki rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

“Vətəndaşların diqqətinə çatdırırıq ki, görüşdə ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Görüşə dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-99-51; 050-845-99-47) müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunub.