25 avqust 2026 15:09
107

Bakı metropolitenində iş saatı uzadılacaq

 

Bu gün saat 20:45-də “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.
Matç penaltilər seriyasına qədər davam etsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Ümumilikdə xüsusilə “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeş marağı nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək.
“28 May” və “Nərimanov” stansiyalarında da gücləndirmə tədbirləri həyata keçiriləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.
Gün ərzində qatarlar mövcud qrafik ilə hərəkəti davam etdirəcəklər.