26 avqust 2026 21:12
99

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin builki məzunları qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər.
Universitetdən “İki sahil”ə verilən məlumata görə, bu il liseyin 61 məzununun hamısı respublikamızın, həmçinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Liseyin məzunlarından 11-i təhsilini xarici ölkələrin tanınmış universitetlərində, 8-i isə BDU tələbəsi kimi davam etdirəcək.