Bəzi şəxsiyyətlər tarixdə, insanların yaddaşında və həyatında silinməz iz qoyur. Ulu Öndər Heydər Əliyev mənim üçün Azərbaycan tarixinin xilaskarı, xalqımızın böyük lideri, 1980-ci illərdə dünyaya gələn mənim mənsub olduğum nəslin taleyində xüsusi iz qoymuş dahi şəxsiyyətdir. 3 sentyabr 1991-ci ildə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi dövlətçilik tariximizdə mühüm mərhələnin başlanğıcı oldu. Naxçıvandan başlanan bu yol müstəqil Azərbaycanın gələcəyində də böyük əhəmiyyət daşıdı.
Mənim üçün isə bu böyük şəxsiyyətlə bağlı ən dəyərli xatirələr hələ məktəbli ikən yaşadığım anlardır. 1996-cı ildə Naxçıvanda, 1998-ci ildə isə Bakıda onun qarşısında çıxış etmək şərəfinə nail olmuşam. O vaxt bir məktəbli kimi yaşadığım həmin anların illər sonra ən qiymətli xatirələrimdən birinə çevriləcəyini bilmirdim.
Ailəmizə göstərilən qayğı isə bu xatirələrin mənəvi dəyərini daha da artırır. 1997-ci ildə bir qaçqın ailəsi kimi bizi mənzillə təmin edərək ağır yataqxana şəraitimizə son qoydu. Bu, bizim üçün sadəcə mənzil deyil, rahatlıq, ümid və sabaha inam idi. Bu böyük qayğını unutmamışıq və unutmayacağıq. Şəxsi arxivimdə qoruduğum həmin çıxışların videoları bu gün mənim üçün həm şəxsi yaddaşımın, həm də bir dövrün canlı səhifələridir:
1996 – Naxçıvan: "Süsənbər Ağamalıyevanın Ulu Öndərin qarşısında çıxışı – şəxsi arxivdən"
1998 – Bakı: "Süsənbər Ağamalıyevanın Ulu Öndərin qarşısında çıxışı – şəxsi arxivdən"
Mənim üçün 3 sentyabr yalnız tarixi hadisəni xatırladan gün deyil. Bu tarix həm Azərbaycan dövlətçiliyinin mühüm səhifələrindən birini, həm də həyatımda silinməz iz qoymuş böyük şəxsiyyətin xatirəsini yaşadır. Ulu Öndər Heydər Əliyev mənim yaddaşımda Azərbaycan tarixinin xilaskarı, xalqımızın böyük lideri və mənsub olduğum nəslin taleyinə öz möhürünü vurmuş dahi şəxsiyyət kimi yaşayır.
Süsənbər Ağamalıyeva,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin əməkdaşı
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib
Azərbaycan müxtəlif güc mərkəzləri ilə paralel dialoqu müvəffəqiyyətlə davam etdirir
Azərbaycanın fəal diplomatiyası sülhü regional inkişafın əsas amilinə çevirir