Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə təşkil olunan və iki gün davam edən qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə keçirilib. Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir - VİDEO
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq, 90-dan çox vakansiya təqdim ediləcək