05 sentyabr 2026 12:53
98

"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub

Cari ilin yanvar-avqust ayları ərzində gücü 400 MVt təşkil edən buxar-qaz tipli "Şimal-2" Elektrik Stansiyasında 1,8 milyard kilovat/saat həcmində elektrik enerjisi istehsal edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 7 il öncə - 2019-cu ilin sentyabrın 5-də Bakıda "Şimal-2" Elektrik Stansiyası fəaliyyətə başlayıb. Ümumilikdə, "Şimal-2" ES-də fəaliyyətə başladığı vaxtdan 2026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub.

Stansiyada 2019-cu ildə 1 milyard kilovat/saat, 2020-ci ildə 3 milyard kilovat/saat, 2021-ci ildə 3,1 milyard kilovat/saat, 2022-2023-cü illərin hər birində 3,2 milyard kilovat/saat, 2024-cü ildə 3 milyard kilovat/saat, 2025-ci ildə isə 2,8 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib.