Göyərtəsində ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin ola biləcəyi biznes-jet Moskvaya gedib.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "İnterfaks" məlumat yayıb. "Təyyarə "Vnukovo" hava limanına enib", - agentliyin həmsöhbəti qeyd edib.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən yazmışdı ki, bu həftəsonu S.Uitkoff və C.Kuşnerin Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə Moskva və Kiyevə səfərləri planlaşdırılıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda mümkün sülh sazişi ilə bağlı yeni ideya yaranıb.
S.Uitkoff və C.Kuşner sonuncu dəfə Moskvaya 2026-cı ilin yanvarında səfər ediblər və o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.