Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev İsmayıl oğlunun əziz xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət edib, məzar önünə əklil və gül dəstələri qoyublar. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, eləcə də digər döyüş əməliyyatlarında hərbi qulluqçularımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən bəhs olunub.
Qəhrəmanın ailə üzvləri və yaxınları şəhidlərin xatirəsinə göstərilən ehtiram və ailələrinə diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Qarabağ Universitetinin Elmi Şurasının 2026/2027-ci tədris ilində ilk iclası keçirilib.
Şəkidə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib