Binə Atçılıq Mərkəzində cıdır mövsümünün növbəti yarışları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə, budəfəki yarışda starta 10 Qarabağ və 10 Dilbaz atı çıxıb. 3 yaşlı Qarabağ atlarının 1400 metr məsafəyə qaçışında Ramal Əliyev “Yıldız” ləqəbli atla finişi birinci keçib. Hilal Nəzərovun “Asya” atı 2-ci, Orxanbəy Hacıyevin çapdığı “Kalibr” atı isə 3-cü olub. Buna baxmayaraq, Orxanbəy Hacıyev 4 yaşlı Dilbaz atlarının 1800 metr məsafəyə yarışında “Zəmzəm” atı ilə uğur qazanıb. Ramil Əliyev isə bu nominasiyada “Tomris” atı ilə 2-ci olub. İlk qaçışdakı qalib üçlük bu yarışda da fəxri kürsünü bölüşüb. Hilal Nəzərov “Lavin” atı ilə üçüncü olub. Orxanbəy Hacıyevin “Xatun” və Hilal Nəzərovun çapdığı “Sultan” atı 5 yaş və daha böyük Qarabağ atlarının 2000 metr məsafəyə yarışında finişi bu ardıcıllıqla keçib. Mahmud Ağazadə “Pablo” atı ilə üçüncü olub.
Günün ən maraqlı mübarizəsi 5 yaş və yuxarı Dilbaz atlarının yarışında qeydə alınıb. Hilal Nəzərovun “Bar-Bar”, Ramal Əliyevin “Senator” və Sadiq Azayevin “Dərviş” atı 2 saniyə ərzində finiş xəttini bu ardıcıllıqla keçib.
Qeyd edək ki, cıdır mövsümünün növbəti yarışları sentyabrın 19-da keçiriləcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib