05 sentyabr 2026 20:32
89

"Sabah" liderliyi ələ keçirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, son çempion "Sabah" ilk 3 turda maksimum nəticə göstərən "Zirə"ni qəbul edib. Görüş "bayquşlar"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində Coy-Lens Mikels het-trik edib, digər 2 qolu isə Velko Simiç və Kristian Nvaçukvu vurublar. Bu qələbə ilə xallarını 9-a çatdıran "Sabah" liderliyi ələ keçirib. Komandanın ehtiyatda daha bir oyunu var. Eyni xala malik "Zirə" 2-ci pilləyə geriləyib.

Günün son matçında "Neftçi" öz meydanında "Şəfa"nı sınağa çəkəcək.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında "Qəbələ" öz meydanında "İmişli"yə 2:1, "Şamaxı" isə Gəncədə "Kəpəz"ə 4:1 hesabı ilə qalib gəlib. Tura sentyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.