BMT-nin Baş katibi Antonio Quterreş İsrail hakimiyyətini Livanın cənubunda hərbi əməliyyatı dayandırmağa çağırıb və döyüş əməliyyatları səbəbindən dinc sakinlər arasında artan qurbanların sayına diqqət çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə Quterreşin aparatının bəyanatında deyilir.
"Baş katib Livanın cənubunda, xüsusilə Nəbatiyə rayonunda İsrailin hərbi əməliyyatının gərginləşməsindən dərin narahatlıq keçirir. O, mülki əhali arasında artan qurbanların sayını pisləyir. Baş katib döyüş əməliyyatlarının dərhal dayandırılmasına çağırır", – deyə bəyanatda qeyd olunur.
Daha əvvəl Livan ordusunun komandanlığı qoşunlara İsrailin bombardmanlarından sonra Nəbatiyə cənub vilayətində yaşayış məntəqələrinin patrul edilməsini gücləndirmək əmri vermişdi.
Nepalda daşqın qurbanlarının ünvanına sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanlar axtarılır
ABŞ səfiri: Londonun İsrail qəsəbələrinə qarşı sanksiyaları Britaniya iqtisadiyyatına zərbə vuracaq
Pakistan Səudiyyə Ərəbistanına qarşı təcavüzə cavab verməyə hazır olduğunu bəyan edib