09 sentyabr 2026 14:42
78

ABŞ iki gəminin vurulduğunu təkzib edir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ötən gecə heç bir Amerika gəmisinin İslam İnqilabı Keşikçiləri Korpusununqüvvələri tərəfindən vurulmadığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir hərbi gəmisi vurulmayıb, bütün hücum cəhdləri uğursuz olub", – deyə komandanlığın "X" sosial şəbəkəsindəki press-relizində qeyd olunur.

Bununla belə, CENTCOM iddia edir ki, son bir həftə ərzində ABŞ silahlı qüvvələri 10 İran tankerini məhv edib.