09 sentyabr 2026 23:32
81

Tramp: Məncə, müharibə seçkilərdən dərhal sonra başa çatacaq

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.

“İki sahil” xəbər verir ki,  Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında deyib. “Məncə, müharibə seçkilərdən dərhal sonra başa çatacaq, çünki onlar daha davam gətirə bilməyəcəklər”, – ABŞ Prezidenti bildirib.

Tramp İranın ABŞ-dəki aralıq seçkilərin nəticələrinə təsir göstərməyə çalışa biləcəyini də iddia edib. “Onlar seçkilərə təsir göstərmək üçün ümidsiz şəkildə çalışacaqlar ki, hakimiyyətə onları rahat buraxacaq və nüvə silahı əldə etmələrinə imkan verəcək zəif insanlar gəlsin”, – Tramp qeyd edib