Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortayaçıxır: bu qədər pulla nə etmək olar?
Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduşqazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülənsərvətin taleyi də onun sahibi qədər fərqli olur. Kimisiqazancını doğma şəhərinə, sevdiyi futbol klubuna və yaməktəbə dəstəyə, digəri isə bütün uduşunu xeyriyyəyəyönəldib.
Milyonları qazandılar, 98 faizini bağışladılar
2010-cu ildə Kanadanın Nova Scotia əyalətində yaşayanViolet və Allen Large “Lotto 6/49” tirajında təxminən 11,2 milyon Kanada dolları (13,82 milyon AZN) qazandılar.
Təqaüdçü cütlük əvvəlcə ailə üzvlərinə kömək etdi, dahasonra isə qazancın böyük hissəsini xəstəxanalara, yanğınsöndürmə xidmətlərinə, kilsələrə, Qırmızı Xaça vədigər xeyriyyə təşkilatlarına bağışladı. Violet həmin dövrdəxərçəng müalicəsi aldığı üçün onun müalicə olunduğuxəstəxanalar da yardım alanlar arasında idi.
Nəticədə Large ailəsi uduşun təxminən 98 faizini başqalarınayardım üçün ayırdı və milyonçu olduqdan sonra belə sadəhəyat tərzini dəyişmədi.
Milyon qazandı, doğma şəhərinə su parkı hədiyyə etdi
ABŞ-da yaşayan John Kutey böyük uduşunu doğma şəhərindəuşaqlar üçün qalıcı bir layihəyə çevirdi.
2011-ci ildə Nyu-York ştatında çalışan yeddi nəfərlik qrupunbileti “Mega Millions” lotereyasında 319 milyon dollarlıqcekpot qazandı. John Kuteyin payı isə 28,7 milyon dollaroldu.
John və həyat yoldaşı Linda qazandıqları pulun bir hissəsinidoğma şəhərləri Green Islanda sərf etmək qərarına gəldilər. Şəhər rəhbərliyinə “Şəhərimiz üçün nə edə bilərik?” sualınıverən cütlük nəticədə köhnə hovuzun yerində uşaqlar üçünyeni “spray park”ın yaradılmasına 200 min dollar bağışladı.
2013-cü ildə istifadəyə verilən park onların valideynlərininxatirəsinə həsr edildi. Beləcə, lotereya uduşu bütöv birşəhərdə yaşayan uşaqlara sevinc gətirən layihəyə çevrildi.
Cekpotu sevdiyi futbol klubunun gələcəyinə yatırdı
Futbol azarkeşləri üçün ən maraqlı nümunələrdən birişotlandiyalı Colin Weirin hekayəsidir. Colin və həyat yoldaşıChristine Weir 2011-ci ildə “EuroMillions” lotereyasında161,6 milyon funt sterlinq qazandılar.
Uşaqlıqdan “Partick Thistle” klubunun azarkeşi olan Colin Weir 2013-cü ildə klubun gənclər akademiyasının yaradılmasıüçün 750 min funt sterlinq ayırdı. Sonradan “Thistle Weir Youth Academy” adlandırılan akademiyaya 2018-ci ildə əlavə600 min funt sterlinq dəstək göstərildi.
Onun da daxil olduğu investorların maliyyə dəstəyi ilə klubborclarını bağlayaraq daha sabit vəziyyətə keçdi. Weirinhekayəsi göstərdi ki, futbol sevgisi bəzən tribunadan kənaraçıxaraq sevdiyin klubun gələcəyinə real sərmayəyə çevriləbilər.
Lee Ryan — £6,5 milyonluq uduşunu lüks həyata çevirdi
1995-ci ildə Böyük Britaniyada Lee Ryan və sevgilisi Karen Taylor £6,527,880 (15 milyon AZN) məbləğində cekpotqazandılar. Ryan qazandığı pulla təxminən £1 milyonluqmalikanə, Ferrari Testarossa, Bentley, Porsche, Jaguar, BMW, iki Ducati motosikleti, təyyarə və £235 minlik Bell JetRangerhelikopteri aldı. O dövrün mətbuatı onu lotereyanın “ənekstravaqant qalibi” adlandırırdı. Ryanın hekayəsi böyükcekpot qazanan insanların pullarını necə qeyri-adi vədəbdəbəli şəkildə xərcləyə bildiyinin ən məşhurnümunələrindən biri olaraq qalır.
590 milyon dollarlıq cekpotdan məktəbə 1,8 milyon dollar
2013-cü ildə 84 yaşlı Gloria Mackenzie “Powerball”da 590,5 milyon dollarlıq cekpot qazandı.
Lakin Mackenzie diqqəti yalnız rekord uduşu ilə çəkmədi. Onun vaxtilə yaşadığı East Millinocket şəhərindəki “Schenck High School” ciddi təmirə ehtiyac duyurdu və məktəbin damısu buraxırdı.
Mackenzie məktəbə 1,8 milyondollar bağışladı. Vəsait damındəyişdirilməsi və digər vacibtəmir işlərinə yönəldildi. Sonradan məktəbin adının onunşərəfinə dəyişdirilməsi təklifedilsə də, cekpot qalibi bunuqəbul etmədi.
Azərbaycanda cekpot qalibiuduşunu necədəyərləndirmişdi?
Böyük uduşların fərqlişəkildə dəyərləndirilməsinəAzərbaycanda da nümunəvar.
2023-cü ildə “4+4” tirajlı lotereyasında 913 072 manatlıqcekpot qazanan Xaçmaz sakini Kamran Məmmədsəidovhəmin dövrdə Azərbaycan lotereya tarixinin ən böyükcekpotunun sahibi olmuşdu.
O, qazandığı pulla Xaçmazda yeni ev alıb, kənddəki evinitəmir etdirib və avtomobil alıb. Həmçinin satıcı kimi işlədiyidaş karxanasında indi özü də rəhbər olub. Bununla yanaşı, 50min manata yaxın vəsaiti müxtəlif insanlara yardım məqsədiləverdiyini bildirib. Gələcək planları arasında isə biznesinigenişləndirmək fikri var.
Növbəti böyük cekpot hekayəsi Azərbaycanda yazıla bilər
“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpotAzərbaycan lotereya tarixində ilk dəfə 2 milyon manat həddini keçib. Bundan əvvəl “4+4”də qazanılmış ən böyükcekpot 913 072 manat idi. Hazırda 2 milyon manatı ötənrekord cekpot öz sahibini gözləyir.
Bəs həmin məbləğ bir gün sizin hesabınıza köçsəydi, ilk qərarınız nə olardı?
Xəyalınızdakı evi alardınız? Biznes qurardınız? Dünyanıgəzərdiniz? Yoxsa bu qaliblər kimi gözlənilməz bir qərarlabaşqa insanların həyatını dəyişdirərdiniz?
“4+4” lotereyasında şansını sınamaq istəyənlər biletləri“Azərlotereya” satış nöqtələri, “Azərpoçt” şöbələri, “Misli” məntəqələri, Azerlotereya.com və Misli.az platformalarındanəldə edə bilərlər.
Kim bilir, bəlkə növbəti maraqlı cekpot hekayəsininqəhrəmanı elə bizim aramızdadır.