Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb.
S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldib. Bankın reytinq proqnozu isə “Stabil” olaraq müəyyənləşib. Agentliyin rəyində qeyd edilir ki, ehtiyac yaranarsa, Davr-Bank kredit reytinqi daha yüksək olan ABB Maliyyə Qrupundan güclü dəstək ala bilər.
S&P ekspertlərinin fikrincə, Davr Bank növbəti bir ildə də əsasən pərakəndə bankçılığa, həmçinin kiçik və orta biznesin maliyyələşməsinə yönələcək. Bu seqmentlər onun əsas fəaliyyət istiqamətləri olaraq qalacaq və artımına şərait yaradacaq. Davr Bank eyni zamanda ABB Maliyyə Qrupunun tərkibinə keçməsindən sonra yaranmış yeni biznes imkanlarından da geniş faydalanacaq. Özbəkistanda Azərbaycan və Türkiyə kapitallı müştərilərə xidmət,eləcə də ABB-nin beynəlxalq pulköçürmə xidmətlərinə inteqrasiyada bu yeni imkanlara daxildir.
Bütün bunlar, Bankın reytinqlərini “Stabil” səviyyədə proqnozlaşdırmağa əsas yaradır. Davr Bankın möhkəm kapital buferləri və aktivlərinin keyfiyyəti də bu proqnozu dəstəkləyir. Agentliyin gözləntilərinə görə, Davr Bankın likvidlik mövqeyi adekvat olaraq qalacaq və bank beynəlxalq maliyyə institutlarından maliyyələşməyə çıxışını qoruyacaq.
S&P beynəlxalq reytinq agentliyinin rəyində Davr Bankın ABB Maliyyə Qrupunun ümumi aktivlərinin təxminən 10%-12%-ni təşkil etdiyi, bu bankın əsas nəzarət-səhm paketini əldə etməyin ABB-nin yeni strateji dövrdə coğrafi genişlənmə hədəfinə uyğunluğu vurğulanıb.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib