SOCAR üçüncü Bakı İqlim Fəaliyyəti Həftəsinin işində fəal iştirak edib.
“İki sahil” xəbər verir ki, “SOCAR Green”in əsas tərəfdaşlığı ilə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və özəl sektor nümayəndələrini, beynəlxalq təşkilatları, investorları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri bir araya gətirərək konkret iqlim həllərinin təşviqinə, yeni tərəfdaşlıqların qurulmasına və investisiya imkanlarının genişləndirilməsinə xidmət edir.
SOCAR rəsmiləri Həftə çərçivəsində təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib, enerji keçidi, bərpaolunan enerji, dekarbonizasiya və dayanıqlı inkişaf məsələlərinə dair müzakirələrdə çıxış ediblər.
“Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: aşkarlamadan fəaliyyətə” mövzusunda keçirilən panel sessiyada SOCAR-ın vitse-prezidenti Əfqan İsayev açılış nitqi ilə çıxış edərək qlobal miqyasda metan emissiyalarının azaldılmasının əhəmiyyəti, bu istiqamətdə beynəlxalq əməkdaşlığın rolu, habelə SOCAR-ın dekarbonizasiya hədəfləri və emissiyaların azaldılması sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Sessiyada SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi Departamentinin rəisi Mustafa Qurbanlının şirkətin metan emissiyalarının azaldılması üzrə yanaşmaları, peyk və dron texnologiyalarından istifadə etməklə emissiya mənbələrinin aşkarlanması və aradan qaldırılması, şəffaf hesabatlılığın təmin edilməsi və beynəlxalq təşəbbüslərlə əməkdaşlıq barədə çıxışı dinlənilib.
Mustafa Qurbanlı, həmçinin SOCAR, “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” və “Boston Consulting Group” (BCG) şirkətinin birgə təşkilatçılığı ilə “Öhdəlikdən fəaliyyətə: Xəzər regionunda metan emissiyalarının azaldılmasının sürətləndirilməsi” mövzusunda dəyirmi masada çıxış edərək Xəzər regionunda neft-qaz əməliyyatları zamanı formalaşan emissiyaların azaldılmasının əhəmiyyətindən, bu istiqamətdə atılan addımlardan, həyata keçirilən layihələrdən, mövcud əməkdaşlıq imkanlarından, habelə qabaqcıl təcrübələrin öyrənilməsinin və tətbiqinin önəmindən bəhs edib.
“İnnovasiya, rəqəmsal texnologiyalar və regional əməkdaşlıq vasitəsilə yaşıl enerji sənayesinin inkişafı” mövzusunda plenar sessiyada iştirak edən “SOCAR Green” şirkətinin baş direktoru Elmir Musayev texnologiyaların inteqrasiyası və beynəlxalq əməkdaşlıqla bağlı çıxış edib. Elmir Musayev irimiqyaslı bərpaolunan enerji layihələrinin həyata keçirilməsi sahəsində “SOCAR Green”in praktiki təcrübəsini bölüşüb, bərpaolunan enerji istehsalının milli elektrik enerjisi sisteminə inteqrasiyasında və sənaye əməliyyatlarının dekarbonizasiyasının dəstəklənməsində innovasiya və rəqəmsallaşmanın rolunu vurğulayıb.
“SOCAR Green” şirkətinin İnvestisiyalar və layihələrin inkişafı üzrə direktoru Rza Nağıyev “Karbon bazarları üzrə müzakirə: Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin səfərbər edilməsi” mövzusunda sessiyada çıxış edərək tənzimlənən və könüllü karbon bazarları arasındakı əsas fərqlərə, onların tənzimləmə çərçivələrinə və bazar mexanizmlərinə, eləcə də karbon kreditlərinin keyfiyyəti və bazara olan etimad baxımından mövcud çağırışlara toxunub.
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO