Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov “ İğdırda Azərbaycan Evi” cəmiyyətinin rəhbəri Sərdar Ünsalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsində diaspor qurumlarının töhfəsi vurğulanıb. Diplomatik nümayəndəliyin rəhbərinə “İğdırda Azərbaycan Evi” cəmiyyətinin, eləcə də Türk-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyasının (TADDEF) fəaliyyəti barədə məlumat verilib. S.Ünsal bildirib ki, Anadoluda yaşayan soydaşlarımız Türkiyədə Azərbaycanın “səsi” olmağa, hər iki dövlətin maraqlarına öz imkanları daxilində töhfə verməyə çalışırlar. “Azərbaycanın əleyhdarlarını ifşa etmək üçün əlimizdən gələni edirik”, - deyə o bildirib.
“İğdırda Azərbaycan Evi” cəmiyyətinin idarə heyətinin üzvləri Ayşə Gelçek, Ali Sıktaş və Tobet Turan da öz növbələrində Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətləri alqışlayıb, ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa prosesini yüksək qiymətləndiriblər.
Azərbaycanın Qarsdakı baş konsuluna S.Ünsalın Azərbaycan və Türkiyə xalqlarının tarixinin faciəli səhifələrindən bəhs edən “Ürəyim İrəvanda qaldı” və “Soyqırım” kitabları təqdim olunub.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar