Avropa Komissiyası birliyin bütün ölkələrində internet platformalarından istifadəyə yaş məhdudiyyəti tətbiq etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri sənəd layihəsinə istinadla məlumat yayıb.
Müvafiq təklif sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq. Məhdudiyyətlərin sosial şəbəkələrə, onlayn oyunlara, süni intellekt çat-botlarına və video paylaşma platformalarına şamil edilməsi təklif olunur.
Avropa Komissiyası, həmçinin şirkətləri birbaşa platformaların özündə təhlükəsizlik mexanizmləri yaratmağa məcbur etməyi planlaşdırır. Hələlik məhdudiyyətlər üçün konkret yaş həddi dəqiqləşdirilməyib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq