Azərbaycanın kəndlərində şagird sayı az olan məktəblərə daha çox vəsait xərclənir, amma təhsilin keyfiyyəti aşağı olur. Ona görə də biz həmin məktəblərin bağlanması məsələsinə baxırıq.
“İki sahil” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında deyib. Nazir bildirib ki, kənd məktəblərində bir şagirdə düşən xərc Bakı ilə müqayisədə daha yüksəkdir: “Bir şagirdə, məsələn, 24 min manat xərc çəkilir. Amma Bakıda bir şagirdə daha az vəsait xərclənir. Sinifdə şagird sayı çox olduqca, bir şagirdə düşən xərcin miqdarı azalır”.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər