Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyatlar çərçivəsində 1 613 şübhəli şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında yazıb. Nazirin sözlərinə görə, ölkə üzrə 78 Baş Prokurorluğun koordinasiyası ilə 151 əməliyyat keçirilib: "Hazırda 1 613 şübhəli saxlanılıb, 618 şübhəlinin tutulması barədə qərar verilib". Axtarışlar çərçivəsində 199 odlu silah, 9 039 patron və mərmi, 2 əl qumbarası, 10 520 sintetik narkotik vasitə və narkotik həb, eləcə də təxminən 37,25 kiloqram narkotik maddə aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı 26,9 milyard türk lirəsi (təxminən 940,53 milyon manat) həcmində maliyyə dövriyyəsi müəyyən edilib. Bununla yanaşı, 408 bank hesabı, 35 daşınmaz əmlak, 31 nəqliyyat vasitəsi və 10 şirkət müsadirə olunub.
Nazir qeyd edib ki, əməliyyatlardan yayınan şübhəlilərin saxlanılması və digər araşdırmalar davam etdirilir.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək