15 sentyabr 2026 08:10
89

Hansı yollarda tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.