Litvanın Kaunas qəzası üzərində pilotsuz təyyarə vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Litvanın Milli Radio və Televiziyası (LRT) xəbər verib. Məlumata görə, Litva Yanğından Mühafizə və Xilasetmə Departamenti gecə yarısından bir az sonra ölkəyə daxil olan dronu aşkar edib. Vilnüs, Trakay, Elektren və Kaunas rayonları üçün sarı hava xəbərdarlığı verilib. Vilnüs hava limanının da işi məhdudlaşdırılıb.
Hadisəyə cavab olaraq, NATO hava polisinin qırıcı təyyarələri səma qalxaraq yarım saat sonra dronu məhv edib.
Pilotsuz təyyarənin tutulmasından sonra xəbərdarlıq və mülki aviasiya üçün müvəqqəti uçuş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Litva Milli Böhran İdarəetmə Mərkəzi radarların obyektin Trakay istiqamətindən hərəkətini aşkarladığını qeyd edib.
Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi dəstəklənib
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib